Findiq festivali zaqatala | Zaqatala 2017 | zaqatalaws Seçilmiş

253 Baxış

0   0

Azərbaycanda findıq istehsalının böyük hissəsi Zaqatala rayonunun payına düşür. Fındıqçılığın daha geniş təbliğ edilməsi məqsədilə Zaqatala rayonunda ilk dəfə Fındıq Festivalı keçirilib. Festivalda fındıq növləri və fındıqdan hazırlanan müxtəlif məhsullar sərgilənib. Zaqatalada ilk dəfə keçirilən Fındıq Festivalında respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin təmsilçiləri, Milli Məclisin deputatları, həmçinin fındıq istehsalçıları və ixracatçıları, eləcə də rayon sakinləri iştirak ediblər. Festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıqdan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olublar. Festivalda həmçinin Şəki, Qax və Balakən rayonlarının təmsilçiləri iştirak edərək öz ləziz təamlarını və sənətkarlıq nümunələrini nümayiş etdiriblər. Festival çərçivəsində ən gözəl fındıq xonçası, fındıqdan hazırlanmış əl işləri kimi müxtəlif müsabiqələr festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Rayon sakinləri belə bir festivalın keçirilməsini sevinclə qarşılayıb, ənənəvi olmasını arzulayıblar. Fındıq Festivalı konsert proqramı ilə davam edib. Video montaj-Orxan Hüseynzade Facebook- https://www.facebook.com/zaqatalaws İnstagram- https://www.instagram.com/zaqatala.ws/ Rəsmi sayt-http://zaqatala.ws/ Operator- Tural Nusalov Facebook- https://www.facebook.com/tural.nusalov Instagram studi- https://goo.gl/WyLwSQ İnstagram- https://www.instagram.com/nusalov_tural/


Ətraflı bax
Rəylər

0 Rəylər